“Rossiya-2” telekanalı Lənkəran mətbəxi ilə bağlı veriliş çəkib FOTOLAR

19 Dekabr 2013 10:34 (UTC+04:00)

Lənkəran mətbəxi və folklor nümünələri Rusiya telekanalında nümayiş etdiriləcək. Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İlqar ƏzimovunSİA-nın Cənu bürosuna verdiyi məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 18 dekabr 2013-cü il tarixli 205/03-23 nömrəli məktubuna əsasən Rusiyanın "Rossiya 2" telekanalının səyahət və kulinariya redaksiyasının 5 nəfər əməkdaşı dekabrın 18-də Lənkəranda olublar.

Gəlişin məqsədi azərbaycan mətbəxinin tanıtımı olub. Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəran həm də dünyada öz zəngin və özünəməxsus mətbəxi ilə seçilir. Bunu nəzərə alaraq "Rossiya 2" telekanalı tərəfindən Lənkəran mətbəxi ilə bağlı verliş çəkilib. Bu məqsədlə qonaqlar üçün "Xan" restoranında Lənkəran mətbəxinin nümünələrinin çəkilişi təmin olunub, eyni zamanda Lənkəranın zəngin folklor ənənələri ilə tanışlıq məqsədilə Separadi kənd folklor evinin "Nənələr" folklor mahnı və rəqs kollektivinin ifasında maraqlı konsert proqramı təqdim olunub.

Sərraf Mirsəfəroğlu