Berti Foqtsla müqavilə uzadıldı

18 Dekabr 2013 12:16 (UTC+04:00)

"Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqstla müqavilənin müddəti uzadılıb. Bu barədə AFFA İcraiyyə Komitəsində qərar qəbul olunub". Siasport.az saytını verdiyi məlumata əsasən, bunu jurnalistlərə açıqlamasında keçirilən iclasdan dərhal sonra AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov deyib.

Onun sözlərinə görə, müqavilə 2 il müddətinə uzadılacaq: "Müqavilənin şərtlərinə əsasən Berti Foqts hər ayın 3 həftəsi ölkəmizdə olmalı, Azərbaycan Premyer Liqasının oyunlarını daha çox izləməlidir".

Elgün Vidadioğlu