"Atletiko" prezidenti "Barselona" və "Real"a meydan oxudu

18 Dekabr 2013 08:11 (UTC+04:00)

Madrid "Atletiko"sunun prezidenti Enrike Kerezo, ispaniyalı həmkarlarımızla söhbətində iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, La Liqada turnir cədvəlində "Real"ı arxada qoyan, "Barselona" ilə liderlik uğrunda savaşan Madrid klubu, uğurlu çıxışı ilə Avropanın diqqət mərkəzindədir. Klub rəhbəri komandanın çox yaxşı bir dönəm keçirdiyini deyib: "Dünyadakı ən yaxşı komanda olduğumuzu düşünmürəm. Ancaq İspaniyanın ən güclüsüyük. Bütün kubokları qazanmaq istəyirik. "Atletiko" kimi bir klubu görməzlikdən gəlmək olmaz". Qeyd edək ki, Madrid klubu hazırda ölkə çempionatında 43 xalla "Barselona" ilə birdə birinci - ikinci yerləri bölüşdürür.