Ermənistan vətəndaşlarının dəqiq sayı müəyyən olunub

17 Dekabr 2013 20:19 (UTC+04:00)

Ermənistan Daxili İşlər Nazirliyinin məlumat bazasından əldə edilmiş, Azərbaycan tərəfinin sərəncamında olan informasiyaya görə, ölkədə 2.372.064 etibarlı şəxsiyyət vəsiqəsi qeydə alınıb. Həmin rəqəm əlində Ermənistanın şəxsiyyət vəsiqəsi olan, lakin müvəqqəti və ya daimi əsasda başqa dövlətlərdə yaşayan ölkə vətəndaşlarını da əhatə edir.

Bu statistika Ermənistanın rəsmi strukturlarının vaxtaşırı səsləndirdiyi ümidverici rəqəmlərdən kəskin fərqlənir. Görünür, Ermənistanda demoqrafik vəziyyət həqiqətən fəlakətli həddə çatıb. Son on ildə hərbi çağırışlar zamanı çağırış planının kəsirdə qalmasının Ermənistan Müdafiə Nazirliyi tərəfindən etiraf olunması da bu faktı təsdiq edir.