Yüksək sürət, növbəti qəza

17 Dekabr 2013 16:42 (UTC+04:00)

Ağdamda ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağcabədi rayon Poladlı kənd sakini Əli Dadaşova məxsus "VAZ-21011" markalı avtomobil Ağdam rayon Əfətli kənd sakini Şakir Məhərrəmova məxsus "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerindəcə həyatını itirib. "Mercedes" in sürücüsü isə ağır bədən xəsarətləri alıb. Yaralı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisənin baş vermə səbəbləri dəqiq bilinməsə də ilkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub.

Qeyd edək ki, faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır .

Şamxal Cəliloğlu