Gənc dövlət qulluqçuları üçün təlim keçirilir

17 Dekabr 2013 15:28 (UTC+04:00)

Bu gün Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələrdə müvəffəqiyyət əldə edən və hazırda dövlət qulluğunda çalışan gənclərə onların peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşdırılması məqsədilə Komissiyanın əməkdaşları tərəfindən təlimlərin keçirilməsinə başlanılıb. SİA-nın məlumatına görə, təlimdə 19 dövlət orqanının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən 120 gənc dövlət qulluqçusu, həmçinin gənclər sahəsi üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.

Təşkil edilən təlimdə Komissiyanın əməkdaşları "Komanda qurmaq bacarığı" və "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzularında təqdimatla çıxış edəcəklər.

Təlim dekabrın 18-i davam edəcək.