"Bir mahnının izi ilə və ya Qıpçaq qızı Sarı Gəlin" Türkiyədə...

17 Dekabr 2013 12:46 (UTC+04:00)

Əməkdar jurnalist Hikmət Babaoğlunun "Bir mahnının izi ilə və ya Qıpçaq qızı Sarı Gəlin" adlı məqaləsi Türkiyənin "TürkiyəHaber Ajansı" portalında dərc olunub. Qədim Azərbaycan mahnısı "Sarı Gəlin"in tarixi etimalogiyası yönümündə ən dəyərli araşdırmalardan olan məqalə tarixit faktlarla zəngindir. Qədim türk əlyazmalarından, o cümlədən qədim türk adətlərindən və böyük yazıçı-dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" əsərində öz əksini tapmış hadisələrdən götürülmüş faktlar əsasında aparılan araşdırma bu mahnının Azərbaycan ərazisində yaşayan qədim qıpçaq türk tayfalarına məxsus olduğunu üzə çıxarır.

Vurğulandığı kimi, müəllif öz araşdırmasında bir sıra mənbələrdən istifadə edib. Araşdırma-məqalədə Osmanlı yazarı Ahmet Refik Altunayın "Kafkas yollarında" adlı xatirələr kitabından, Hüseyn Cavidin "Şeyx Sənan" mənzum dramından, o cümlədən məxfi qrif altında Ukrayna arxivlərində qorunan mənbələrdən və xristian qıpçaq mənbəsi sayılan Trandafilovun fikrirlərindən çıxarışlar verilib. Trandafilova istinadən müəllif yazır: "1800-cü illərdə Ukraynanın Novobeşev (Novobeşev- rusca yeni və qıpçaqca beş ev söz birləşməsindən əmələ gəlmiş toponimdir) məntəqəsində yaşayan xristian qıpçaq

İ.L.Trandafilovun dilindən qeydə alınmış bir şeiri diqqətə təqdim edək.

Todora edim de, - oldum Todur,

On et`i yıl da çoban yürdüm.

Siya sat`ımı ördürmedim,

Xızlığımı da bildirmedim.

Şeirin müasir ədəbi dilimizə uyğunlaşdıraq:

Todora idi, oldum Todur.

On iki il çoban getdim

Qara saçımı hördürmədim,

Qız olmağımı bildirmədim".

Vurğulamaq lazımdır ki, müəllif mahnının qədim türk kökənli olması ilə bağlı bir sıra mühüm məqamlara toxunur. Mahnıda səsləndiyi kimi, saçın ucunun hörülməsi, o cümlədən mahnıda adıçəkilən gəlinin sarışınlığı və başqa məqamlar bu mədəniyyət incisinin qədim türk etnosuna bağlılığını göstərən mühüm amillərdən sayılır. Yəni, əsər artıq uzun illərdir ki, Azərbaycanın tarixi torpaqlarını zəbt etmiş ermənilərin milli-mədəni irsimizin incilərindən sayılan "Sarı Gəlin" mahnısının qədim türk mahnısı olmasının isbatı istiqamətində olduqca mühüm dəyərə malikdir. Müəllif yazır: "Yaxşı bəs "Sarı Gəlin"ə sahib çıxmaq istəyən ermənilər heç özlərinə sual vermirlərmi ki, nəyə görə bu mahnını türkcə yazıblar?! Axı hər xalqın yaradıcılıq nümunəsi öz dilində olur. İkincisi, haylar hind-qaraçı əsilli olduqları üçün onların qızları sarışın olmur. Əgər əksini sübut etmək istəyərlərsə, kiçik bir statistika aparıb dediklərimizin doğru olub-olmadığını yoxlasınlar. Beləliklə, nə antropoloji xüsusiyyətlərinə, nə rənginə, nə də digər milli-etnik keyfiyyətlərinə görə, ermənilərə bənzəməyən Sarı Gəlin necə erməni ola bilər? Bu suallara qoy ermənilər və onları müdafiə edənlər cavab versinlər. Çünki bu cavab necə olsa da sadəcə absurd olacaq.

Biz isə ermənilərin əvəzindən də zəhmət çəkib onların dilində Sarı Gəlinin necə olduğunu dəyərli oxucularımızın diqqətinə çatdıracağıq. Ermənilər (haylar) sarıya- "değn" deyirlər, gəlinə isə "hars". Əgər çox xoşları gəlirsə, gedib özlərinə "değn hars" mahnısı yaratsınlar.

"Sarı Gəlin" isə bizimdir!".

Vurğulamaq yerinə düşər ki, bir sıra müraciətlər əsasında araşdırma-məqalənin Türkiyənin digər xəbər portallarında və qəzetlərində də dərc edilməsi nəzərdə tutulur.