AFFA və "Bakcell" arasında müqavilə imzalandı, ilin ən yaxşıları mükafatlandırıldı FOTO, YENİLƏNİB

17 Dekabr 2013 13:17 (UTC+04:00)

AFFA və "Bakcell" şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanması və milli komandalarda ilin ən yaxşı futbolçularının mükafatlandırılması mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, mərasim "Hilton Baku" otelinin "Sevda" zalında təşkil olunub. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

İlk olaraq Avropa çempionatının maraqlı kadrlarından ibarət video-çarx nümayiş olunub. Daha sonra "Bakcell" şirkətinin AFFA İlə əməkdaşlığı çərçivəsində bu zamana qədər həyata keçirdiyi layihələrindən bəbs edən video-çaxt göstərilib.

AFFA və "Bakcell" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AFFA-nın baş katibi Elxan Məmmədov və "Bakcell" şirkətinin icraçı-direktoru Riçard Şirer imzalayıb. Tərəflər qarşılıqlı şəkildə hədiyyələrini təqdim edəndən sonra müqavilə barədə fikirlərini bildiriblər. İmzalanan müqavilənin əhəmiyyətindən, Azərbaycan futbolunun inkişafına dəstəyindən söz açılıb, şirkətin futbola aid layihələrindən bəhs edilib.

Daha sonra 2013-cü ilin ən yaxşılarının adları açıqlanıb. Sorğunun nəticələrinə görə aşağıda adları göstərilənlər ilin ən yaxşıları olub.

İlin ən yaxşı qadın futbolçusu - Nigar Cəlilli

İlin ən yaxşı futzalçısı - Vitali Borisov

Çimərlik futbolu üzrə ilin ən yaxşı futbolçusu - Emin Kürdov

İlin ən yaxşı qapıçısı - Kamran Ağayev

Millidə ən çox oyun keçirən futbolçu - Rasim Ramaldanov

Milli komandanın ən yaxşı futbolçusu - Rəşad Sadıqov

"Bakcell" şirkəti qaliblərə mobil telefon və qızıl nömrə hədiyyə edib. Daha sonra isə "Hyundai" şirkəti öz hədiyyələrini təqdim edib.

Saytımızda tədbirdən fotosessiya yerləşdiriləcək.