Müsavat baqşanı İsa Qəmbərin Kiyevə səfər etməsi məsələsi və bunun ətrafında müəyyən müzakirələrin aparılması əslində, cəmiyyətdə, siyasi ictimaiyyətdə elə bir maraq, yaxdud da ajiotaj doğurmadı.Çünki bir halda ki, partiya rəhbəri öz ölkəsində aşağıya doğru düşən nüfuzunu nəinki yüksəldə, eləcə də bərpa edə bilmirsə, bu zaman onun qlobal siyasi proseslərə ümumiyyətlə təsir imkanı mümkünsüzdür. Məhz, bu baxımdan, ilk olaraq belə nəticəyə gəlmək olar ki, Müsavat başqanının Kiyev Maydanına səfər edərək, orada köhnə meydan təfəkkürü ilə çoxminli etirazçılar qarşısındakı çıxışı proseslərin gedişatına təsir etmədi. Çünki Azərbaycan müxalifətindən fərqli olaraq, Ukrayna müxalifəti yeniləşən, siyasi perspektivləri mümkün olan müxalifətdir. İsa Qəmbər isə belə məsələləri görünür, ya anlamaq iqtidarında deyil, ya da başa düşmək istəmir.
Başqanın utopik bir fərd olduğu yenidən öz təsdiqini tapıb
Və çox maraqlıdır ki, Müsavat başqanının Maydan arzuları yalnız çıxış imkanları ilə başa çatmayıb. Məsələn, o Maydandakı çoxminli mitinqi "Milli Şura"nın "Məhsul" stadionunda keçirilən 700 nəfərlik mitinqə bənzətməyə çalışıb və burada İsa Qəmbərin utopik bir fərd olduğu yenidən öz təsdiqini tapıb. Digər tərəfdən, Müsavat başqanının Vitali Kliçko və Aleksey Poroşenko ilə gizli görüşün təfərrüatları da üzə çıxmağa başlayıb. Məsələn, orada - Maydanda Qərbin siyasi dairə nümayəndələri də iştirak etdiyi üçün, İsa Qəmbər onlarla görüşmək məqsədi ilə belə bir addım atıb. Çünki sirr deyil ki, müsavatçıların əsas yiyələri məhz Qərbdə oturublar. Müsavat başqanı Maydana getməklə bir növ Qərbə yarındığını sərgiləməyə çalışıb. Demək istəyib ki, ay Avropa, ay Qərb, biz sizin ümidlərinizi doğrulda bilmədik. Heç olmasa məni nəzərə alın ki, basa-basa gəlib çıxmışam Ukraynaya.
Onun torbasında pişik var
Bu arada daha bir ilginc məqam da üzə çıxıb. Bu, başqanının "UDAR" hərəkatının lideri Vitali Kliçko, habelə Ukraynanın ən varlı adamlarından biri və fəal "maydanovçu" Aleksey Poroşenko ilə görüşlərinin detallarının Müsavat partiyasına yaxın mətbu orqanlara açıqlanmamasıdır. Çünki ayrı zamanlarda İsa Qəmbər kimlərləsə çay içib, restoranlarda görüşərkən, "Yeni Müsavat" qəzeti bu barədə az qala "rəsmi xəbər" kimi yazırdı. Demək burada haçalı fikir meydana çıxıb. Ya İsa Qəmbər öz bu barədə danışmayaraq, paxırının açılmasını istəməyib, ya da "Yeni Müsavat" qəzeti ümumiyyətlə, Müsavat başqanına veto qoymağa başlayıb.
Beləliklə, Meydan təfəkkürlü İsa Qəmbərin Maydan arzularının bir pərdəarxası məqamı ifşa olunub. O, Maydana Ukrayna xalqının etirazçı təbəqəsini müdafiə etmək üçün deyil, sadəcə orada olan Qərb siyasi dairələrinin təmsilçiləri ilə görüçməyə gedib. Müsavat başqanının Ukrayna səfəri ilə bağlı tam təfsilatlara varmaması isə belə deməyə zəmin yaradır ki, onun torbasında pişik var. Yəni başqan özü ilə apardığı boş torbasını çox yəqin ki, geriyə dolu olaraq gətrib.
Rövşən NURƏDDİNOĞLU