Spiker millət vəkillərini “Şahdəniz” layihəsinə görə təbrik edib

17 Dekabr 2013 12:09 (UTC+04:00)

Parlamentin bugünkü iclasını açıq elan edən spiker Oqtay Əsədov millət vəkilllərini "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, spiker çıxışında bildirib ki, bu layihə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təntənəsidir.

Onun sözlərinə görə, bu layihənin reallaşması Prezident İlham Əliyevin gərgin və strateji siyasətin nəticəsidir: "Layihə həqiqətəndə XXI əsrin ən önəmlin işlərindən biridir. Bu münasibətlə hər kəsi təbrik edirəm. "Şahdəniz" layihəsi xalqımızın rifahına öz müsbət təsiri göstərəcək".