Uilyam Heyq: " “Şahdəniz-2” layihəsinin inkişafı “Cənub dəhlizi”nin yaranmasına imkan verəcək"

17 Dekabr 2013 11:19 (UTC+04:00)

" "Şahdəniz-2" layihəsinin inkişafı "Cənub dəhlizi"nin yaranmasına imkan verəcək. Bu da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və yeni qaz mənbələrinin təqdim edilməsində rol oynayacaq". SİA xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Bakıda keçirilən "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində belə deyib.

Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsinin reallaşması Azərbaycana əlavə investisiyalar cəlb etməyə, eləcə də Azərbaycanla Böyük Britaniya arasındakı möhkəm əlaqələri diversifikasiya etməyə imkan verəcək

Uilyam Heyq bildirib ki, "Cənub dəhlizi"nin genişlənməsi də mümkündür: "Bu isə Yaxın Şərqdə enerji resursları mənbələrinə çıxış etməyə və Avropanın enerji təhlükəsizliyini daha da möhkəmləndirməyə imkan verəcək".