“Camaatı nə qədər vaxtadək aldadacaq?

17 Dekabr 2013 13:42 (UTC+04:00)

Ölkənin bir nömrəli stilisti (Samir Əliyev) Samiraldonun "bostan"ına daş atıblar. Müğənni Əlikram Bayramov stilisti döyəcəyini deyib. Buna səbəb Samiraldonun ona zövqsüz deməsi olub.

Məsələ ilə bağlı olaraq Samiraldoyla əlaqə saxladıq. O, SİA-ya açıqlaması zamanı bunları dedi: "Əlikram efirdə məni axtardığını və üzbə-üz görüşmək istədiyini deyib. Hətta söyləyib ki, məni döyəcək. Mən Əlikrama demək istəyirəm ki, Azərbaycanda yaşayıram və tanınmış stilistəm. Məni tapmaq o qədər də çətin deyil. Qaldı ki məni döyməyinə, özümə sığışdırmaram ki, atam yaşında kişiyə əl qaldırım. Geyimləri də zövqsüzdür. Bakıdan aldığı pencəyi Fransadan gətirtdirdiyini söyləyir. Ayıbdır. Camaatı nə qədər vaxtadək aldadacaq?".