İsa Qəmbər Ukrayna xalqına necə və neçə ağ yalan danışdı TƏHLİL

16 Dekabr 2013 16:44 (UTC+04:00)
Ukrayna xalqının gələcək müqəddəratlarını həll etmələri, əslində bu xalqın öz daxili işi, öz siyasi məntiqidir. Düzdür, biz burada bir çox ilginc nüanslara toxunmaqla nəyə görə Ukrayna xalqının yarısının Qərbə, yarısının isə Şimala doğru kurs götürmək tələblərini daha dərindən təhlil edə bilərik. Məsələn, qeyd edə bilərik ki, niyə Ukrayna xalqının Avropaya inteqrasiya tərəfdarları bu iddialarında qətidirlər və hansı səbəbdən, iqtidarı dəstəkləyənlər hazırkı siyasəti daha məqbul hesab edirlər. Ancaq nəticə budur ki, Ukrayna xalqı son anda öz müqəddəratını həll etmək gücünü özündə tapacaq. Çünki çətin və ziddiyyətli geoməkanda yerləşən bu ölkə daim siyasi burulğanların içindən üzüağ çıxmağa nail olmuşdur. Lakin məsələ yalnız bunda deyil…

"Yeni Müsavat" qəzeti başqanın Avromaydandakı lovğa, dəyərsiz çıxışını az qala "qələbə" çıxışı kimi təqdim etsə də…

Bugünlərdə Müsavat Partiyası başqanı İsa Qəmbərin Kiyevə – Avromaydana gedərək mitinqçilər qarşısında çıxış etməsi ilk olaraq onun yalan danışması bacarığını kifayət qədər ortaya qoymuş oldu. Düzdür, bu gün müxalifət mediası, xüsusilə, Müsavat Partiyasına yaxınlığı ilə seçilən "Yeni Müsavat" qəzeti başqanın Avromaydandakı lovğa, dəyərsiz çıxışını az qala "qələbə" çıxışı kimi təqdim etsə də bu təqdimatın nə qədər pafos və populist xarakterli olduğunu da inkar edə bilməyib. Məsələn, "Yeni Müsavat" qəzeti inkar edə bilməyib ki, İsa Qəmbər rəhbəri olduğu parrtiyasının yüz yaşı olduğunu deməklə, on minlərlə ukraynalının qabağında ağ yalan danışıb. Yaxud, o da bəlli olub ki, Məmməd Əmin Rəsulzadənin tarixi Müsavat Partiyasının özünküləşdirməsində İsa Qəmbər dəridən-qabıqdan çıxır. Hələ utanmza-utanmaz o boyda ukrayna müxalifətçiləri arasında partiyanın ona məxsus olduğunu iddia edir.

Müsavat başqanı bütün bunlar azmış kimi, 2004-cü il Ukrayna "narıncı inqilabında" müxalifətçilərə dəstək olduğunu minnət kimi mitinqçilərin qarşılarına qoyaraq, indi də onların yanında olduğunu bildirib. Hansı ki, sonradan Yuşşenko iqtidarının devrilməsində bütün Ukrayna xalqı iştirak etmişdi. Yəni inqilabların ölkələrə heç də səmərə verməməsi öz sübutunu tapmışdı.

Görməyib axı…

Beləliklə, İsa Qəmbər 2004-cü ildə Ukrayna müxalifətini dəstəklədiyini deməklə, əslində, səhv yol tutduğunu etiraf etmiş olub.

Müsavat başqanının daha bir pafosu onun həmin gün, yəni dekabrın 15-də Bakıda "möhtəşəm mitinq" keçirilməsi ilə bağlı dediyi sözlərdir. Guya Kiyevdə olduğu kimi, Bakıda da kütləvi xalq etirazı yaşanırmış və burada hər hansı "bənzərliklər" varıymış. Bax, məsələ də bundadlr ki, "Milli Şura"nın aciz, cılız, ictimai dəstək qazana bilməyən mitinqini belə, ağ yalanları ilə Ukrayna müxalifətçilərinin diqqətinə çatrırmağa cəhd edən İsa Qəmbər bir daha kim və nə olduğunu ortaya çıxarmış oldu. Görünür Avromaydandakı kütləvi izdiham onun ağlını başından alıb və o da danışdığı yalanların aşırı olmasının fərqinə vara bilməyib. Nə etsin, yazıq görməyib axı…

Rövşən NURƏDDİNOĞLU