Fatih Terim Ronaldoya səs verəcək

16 Dekabr 2013 13:47 (UTC+04:00)

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatı üçün seçimini edib. Siasport.az saytı xəbər verir ki, "imperator" ləqəbli təcrübəli mütəxəssisin seçimi Kriştiano Ronaldodur: "Ronaldo bu mövsüm göstərdiyi oyunla hər kəsi qabaqladı. Bu səbəbdən ilk seçimim o oldu. Məncə, builki mükafat Ronaldonun olacaq". Təcrübəli mütəxəssis ikinci pilləyə "Barselona"nın hücumçusu Lionel Messini layiq gördüyünü söyləyib. Terim üçün dünyanın ən yaxşı üçüncü futbolçusu isə "Bavariya"dan Aryen Robbendir.