Deputat: “Milli Şura deyilən bir qurum artıq yoxdur”

16 Dekabr 2013 11:39 (UTC+04:00)

Milli Şura deyilən bir qurum artıq yoxdur, onların iddia etdikləri kimi heç nə baş vermədi. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək daha böyük inkişafa doğru addımlayır". Bunu millət vəkili Gövhər Baxşəliyeva SİA-ya açıqlamasında deyib.

Xalqı aldatmağın mümkün olmadığını deyən millət vəkili G.Baxşəliyeva qeyd edib ki, insanlar öz sözünü seçkilərdə dedi: "Müxalifət seçkilərdə məğlub oldu. Bundan sonra onlar nə edəcəklərini bilmirlər. Azərbaycanda rahat oturub dövlətimizə böhtanlar atmaq çox asandır, onlar ölkəmizə normal fikirlərlə baxmağı bacarmalıdırlar. O zaman inkişafımızı, tərəqqimizi görəcəklər. Bütün dünya bizi təqdir edir".