"Azərsu"da yoxlamalar aparılacaq

16 Dekabr 2013 11:04 (UTC+04:00)

Hesablama Palatası "Azərsu" ASC-də yoxlamalar aparacaq.

SİA-nın Hesablama Palatasının saytına istinadən verdiyi məlumata görə, Palatanın 2013-cü il dekabr ayının 12-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin (2012-ci ildə tikintisi (təmiri) başa çatmış obyektlər üzrə) istifadəsinə dair Audit Proqramı təsdiq olunub.