"Artıq, əsgərlərimiz evlərinə dönürlər" - deyən Tonni Abbort qeyd edib ki, Avstraliya əsgərləri öz vəziflərinin öhdəsindən kifayət qədər gəlməyi bacarıblar.
Qeyd edək ki, Avstraliya hərbi kontingentini Əfqanıstana 2001-ci ildə göndərib. Əsgərlərin sayı 1,5 min nəfər olub. Ötən 12 ildə Əfqanıstanda 40 hərbi qulluqçu həlak olub, 260 əsgər isə yaralanıb.
Avstraliya Müdafiə Nazirliyindən isə bildirilib ki, hazırda Əfqanıstanda 400 nəfər hərbi qulluqçu qalıb ki, onlar Kabildə və Qəndəharda məsləhətçi vəzifəsini icra edəcəklər.
Rövşən NURƏDDİNOĞLU