Türkmənistanda ilk dəfə olaraq iki partiyanın iştirak etdiyi parlament seçkiləri keçirilir

15 Dekabr 2013 11:56 (UTC+04:00)

Bu gün Türkmənistanda ilk dəfə olaraq iki partiyanın iştirak etdiyi parlament seçkiləri keçirilir. SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, seçkilərdə 283 namizəd 125 yer uğrunda mübarizə aparır.

Yerli vaxtla səhər saat 7:00-da parlament seçkilərinə start verilib və 19:00-da başa çatacaq.

Türkmənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə vətəndaşları 2446 seçki məntəqələrində səs verəcəklər. Xarici ölkələrdə yaşayan ölkə vətəndaşları üçün 26 ölkədə 33 seçki məntəqəsi yaradılıb.

Qeyd edək ki, Türkmənistanın 22 illik müstəqilliyi tarixində ilk dəfə olarq seçkidə iki partiya iştirak edir. 1991-ci ildə yaradılan Demokratik partiyasına ölkə başçısı Qurbanqulu Berdıməhəmmədovun başçılıq edir. Digər partiya (Sənayeçilər və Sahibkarlar partiyası) isə 2012-ci ildə yaradılıb və ölkə prezidentinin siyasi kursunu dəstəkləyir.