Mütəllim Rəhimli: “Əli Kərimli Milli Şurada əsas söz sahibinə çevrilmək üçün İsa Qəmbərlə savaşır”

15 Dekabr 2013 09:08 (UTC+04:00)

"Əli Kərimli İsa Qəmbərlə savaşır ki, onu Milli Şuradan çıxarsın və orada əsas söz sahibinə çevrilsin. Belə olan halda Müsavat-AXCP münasibətləri daha da gərginləşir". Bu fikirləri SİA-ya Ədalət partiyasının aparat rəhbəri Mütəllim Rəhimli söyləyib.

M.Rəhimli, həmçinin qeyd edib ki, Milli Şurada təkcə AXCP-Müsavat deyil digər təmsil olunanlar arasında da gərginlik mövcuddur: "Hamımız Milli Şura daxilində gedən gərgin proseslərin şahidiyik. Orada təmsil olunanlar bir-birlərini qəbul etmirlər. Ziddiyyətlər çoxdur və bu da gərginliyi artırır".

Cahid Süleymanov