Röya 3 gün konsert verəcək

15 Dekabr 2013 13:33 (UTC+04:00)

Müğənni Röya Ayxanın solo konsertinə daha bir gün artırılıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi yeni ilin ilk ayında 3 gün konsert proqramı ilə çıxış edəcək.

Nəzərinizə çatdıraq ki, ilk əvvəl konsertin yanvar ayının 30-u və 31-i keçirilməsi planlaşıdırılsa da, sonradan yanvarın 29-u da əlavə edilib.

Qeyd edək ki, Röyanın "Mənəm" adlı solo konserti yanvarın 29, 30, 31-i Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti isə 20-150 manat arasında dəyişir.