“Döyünən ürəyimsən, Azərbaycan”

15 Dekabr 2013 10:13 (UTC+04:00)

Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Döyünən ürəyimsən, Azərbaycan" adlı konsert proqramı təşkil ediləcək. SİA-nın verdiyi xəbərə görə, konsertdə tanınmış və gənc xanəndələrin, vokalistlərin ifasında xalq və bəstəkar mahnıları səslənəcək.

Qeyd edək ki, konsert dekabrın 24-ü saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti 10-50 manat arasında dəyişir.