Naxçıvan MR-in fövqəladə hallar nazirinə general-leytenant hərbi rütbəsi verilib

14 Dekabr 2013 19:31 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Şamı Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şamı İsmayıl oğlu Abdullayevə general-leytenant hərbi rütbəsi verilsin.