Məmməd Arazın 80 illik yubileyinə həsr olunan kitabın təqdimatı keçirilir

13 Dekabr 2013 12:37 (UTC+04:00)

Bu gün Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə Məmməd Arazın 80 illik yubileyinə həsr olunan "Haqqın var yaşamağa" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, "Kaspi" qəzetinin təsisçisi, əməkdar jurnalist, şairə Sona Vəliyeva qonaqları salamlayaraq tədbir barədə iştirakçalara geniş məlumat verib.

O çıxışı zamanı bildirib ki, kitabda "Kaspi" qəzetinin xalq şairi Məmməd Arazın 80 illik yubileyi ərəfəsində görkəmli şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsinə təqdim olunan yazılar yer alıb: "Müsabiqəyə təqdim olunan yazılar münsiflər tərəfindən qiymətləndirildikdən sonra əvvəlcə "Kaspi" qəzetində dərc olunub, daha sonra isə bu kitaba daxil edilib. Məqalələrdə ədibin irsi təhlil olunmaqla yanaşı, həmçinin publisistik fikirlər yer alıb. Şair barədə bir sıra arxiv materialları və xatirələr də ilk dəfə bu kitabda işıq üzü görüb. Müsabiqəyə yazıların qəbulu cari ilin aprelindən sentyabra kimi davam edib".

Qeyd edək ki, tədbir davam edir.