Mütəllim Rəhimli: “Milli Şura gərginlik içindədir”

13 Dekabr 2013 09:36 (UTC+04:00)

"Milli Şuranın seçkilərdə məğlub olması onun daxilində gərginlik yaratdı. Biz bu gərginliyin daha da dərinləşdiyinin şahidi oluruq". Bu fikirləri SİA-ya açıqlamasında Ədalət partiyasının aparat rəhbəri Mütəllim Rəhimli söyləyib.

M.Rəhimli həmçinin onu da qeyd edib ki, Cəmil Həsənlinin Milli Şuraya sədr seçilməsi, Rüstəm İbrahimbəyovun isə fəxri sədr olması Müsavat partiyası rəhbərliyini çox ciddi qıcıqlandırıb: "Müsavat partiyası quruma təsiretmə imkanlarına sahib olmağı, bu qurumda təmsil olunanların hər birindən çox istəyirdi. Lakin baş verən proseslər bununla nəticələnir ki, Müsavat partiyası bu qurumda artıq söz sahibi ola bilmir. Belə olan halda isə onlar qurumdan çıxıb-çıxmama məsələsini müzakirə etməyə başlayıblar".

Cahid Süleymanov