Ukrayna Aİ ilə tezliklə assosiasiya haqqında saziş imzalayacaq

13 Dekabr 2013 04:44 (UTC+04:00)

Ukrayna Avropa İttifaqı ilə (Aİ) tezliklə assosiasiya haqqında saziş imzalanacaq.

SİA RİA Novosti agentliyinə istinadən bu barədə Ukrayna baş nazirinin birinci müavini Sergey Arbuzov genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle ilə birgə mətbuat konfransı zamanı bildirib.

"Ukrayna milli strateji maraqlarını nəzərə alaraq, Aİ ilə tezliklə assosiasiya haqqında saziş imzalayacaq," - Arbuzov bildirib.

Onun sözlərinə görə, Ukraynanın "siyasi iradəsi var".