“Qürur və qərəz”

12 Dekabr 2013 17:27 (UTC+04:00)

İlqar Safat Ceyn Ostinin romanı əsasında "Qürur və qərəz" tamaşasını səhnələşdirəcək. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, rollarda Azərbaycanın əməkdar artistləri Omir Nağıyev, Natalya Balıyeva, həmçinin teatrın aktyorları İnna İmranova, Olqa Arsenteva, Mariya Duboviskaya, Fatima Əliyeva, Olesya Qasımova, Yeganə Hüseynli, Oleq Əmirbəyov, Yuriy Omelçenko, Ramil Əliyev, Yaroslav Trifonov, Milana Mərdaxanova, Teymur Rəhimov, Aleksey Saprıkin, Bella Klimaşeva, Fəridə Nesterenko, Lala Rüstəmova, Maya Vorobjanskaya, Rüstəm Kərimov, Fərid Bəhramov və başqaları iştirak edirlər.

Nəzərinizə çatdıraq ki, tamaşanın rəhbəri Azərbaycanın xalq artisti Aleksandr Şarovskiy, quruluşçu rejissor İlqar Safat, xoreoqrafiya Mariya Dubovskiyə məxsusdur.

Qeyd edək ki, tamaşa dekabrın 20-si saat 19:00-da Rus Dram Teatrında baş tutacaq. Biletin qiymət isə 11 manatdır.