“EL” Hərəkatı Ulu Öndərin məzarını ziyarət edib

12 Dekabr 2013 12:36 (UTC+04:00)

"EL" Hərəkatının İdarə Heyəti və fəal üzvləri Ulu Öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə dahi şəxsiyyətin məzarını ziyarət ediblər. Hərəkat üzvləri daha sonra "EL" Hərəkatının ofisində tədbir keçirərək Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində milsilsiz xidmətlərindən danışıblar.

"EL" Hərəkatının sədri Əflan İbrahimov SİA-ya açıqlamasında deyib ki, hər bir azərbaycanlının qəlbində Ümummilli Lider Heydər Əliyevə dərin sevgi və məhəbbət var: "Bizlər daim Ulu Öndərin fəaliyyətindən nümunə götürməliyik,. Xüsusilə, gənc nəsil Ulu Öndərin qoyub getdiyi zəngin irsi dərindən öyrənib millətinə və dövlətinə layiqincə xidmət etməlidir".