Gəncədə Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

12 Dekabr 2013 09:47 (UTC+04:00)

Gəncədə Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatında keçirilən tədbirdə şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıb. Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra şəhər rəhbəri Ulu Öndər Heydər Əliyev dühasının qüdrətindən, əbədiliyindən və bəşəri dəyərlərə malik olduğundan danışıb.

Elmar Vəliyev bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanı qurub. Hakimiyyətə gəlişi ilə siyasi sabitlik yaradıb, ən güclü iqtisadi müqavilələrə nail olub. Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı vahid dövlət kimi tanıdıb. E.Vəliyev vurğulayıb, ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Məhz bunun nətiсəsidir ki, Azərbayсan hazırda dünya dövlətləri arasında böyük nüfuz qazanıb.

Daha sonra monitorda Ümummili Lider Heydər Əliyevin həyatından fraqmentlərin nümayişi, eləсə də Gənсə Dövlət Dram Teatrı aktyorlarının ifasında 1990-сı ilin qanlı yanvar dəhşətləri, qəddar Pyotr siyasətinin çulğalaşıb vətənimiz üzərində tətbiq edilməsi istəkləri təsvir edilib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra şair Aydın Murovdağlının fenomen şəxsiyyət Heydər Əliyevə həsr etdiyi "Türkün alın yazısı" poeması əsasında hazırlanan tamaşa nümayiş etdirilib.