Aygün Müstəqil Televiziyasının lisenziyasına baxılması təxirə salınıb

11 Dekabr 2013 16:34 (UTC+04:00)

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan SİA-ya verilən xəbərə görə, iclasda regional televiziya yayımçısı olan Aygün Müstəqil Televiziya və Radio Kompaniyasının (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında və tam təqdim olunmamasına görə televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə Aygün Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması təxirə salınıb.