Mahir Şükürovla Bruno Bertucci əlbəyaxa oldular

11 Dekabr 2013 16:32 (UTC+04:00)

Premyer Liqanın son turunda "Qarabağ"a məğlub olan (3:1) "Neftçi"də ara qarışıb. Siasport.az saytının məlumatına görə, bu barədə Stadium.az-a məlumat daxil olub. Məlumatda bildirilir ki, oyun zamanı cərimə zərbəsini yerinə yetirmək üçün Mahir Şükürovla Bruno Bertucci arasında mübahisə yaranmışdı. Məğlub tərəfdə gərginlik qarşılaşmadan sonra paltardəyişmə otağında pik həddə çatıb. Burada yenidən mübahisə edən tərəflər ardınca əlbəyaxa davaya keçiblər. Bir-birlərini vuran, təhqir edən futbolçuları komanda yoldaşları və klub rəsmiləri sakitləşdirib.

Bu barədə klubun da rəsmi mövqeyini yayımlamağa hazırıq.