İradə İbrahimov Yeni ili harada qarşılayacaq?

11 Dekabr 2013 14:38 (UTC+04:00)

Türkiyədə yaşayan müğənni İradə İbrahimova bu dəfə də ənənəsinə sadiq qalaraq Yeni il də şou-proqramlara qatılmayacaq. Belə ki o, həmin günü əri, qızı və bacısı, vizajist Nigar İbrahimova və bacısının həyat yoldaşı Ruslanla birgə qeyd edəcək. Bu haqda SİA-ya İradənin özü danışıb: "Qızım İpək üçün artıq Şaxta babaya məktub yazıb, hədiyyələrimizi də istəmişik. Qızım hər səhər yuxudan oyananda, ağlına gələn hədiyyələri söyləyir. Biz də məktuba əlavə edirik. Bayrama gəlincə, həyat yoldaşım Ceyhun bayramı Bakıda keçirməyimizi istəyir. Deyir bəzi türkiyəli müğənniləri də Azərbaycanda canlı dinləmək mümkün olacaq. Hələ ki iki variant arasında dayanmışıq. Buradakı ailə dostlarımız da bayram axşamı bizimlə birlikdə olmaq istəyir. Planımızda Nigargillə birlikdə xizək sürmək də var".