Elçin Cəfərov və Ülviyyə Tağıyeva bir arada

11 Dekabr 2013 14:17 (UTC+04:00)

Bəstələri ilə özünü sevdirən sənətçi Elçin Cəfərovun yaradıcılığında yenilik var. SİA-nın verdiyi xəbərə görə, Elçin həmkarı Ülviyyə Tağıyevayla birgə duet oxuyacaq. Onların birgə ifa edəcəkləri bəstə "Sən" adlanır. Adıçəkilən mahnının sözləri Elməddin Həmidovun, musiqisi isə Elçin Cəfərov və Tərlan Məmməd Hüseynovundur".

Qeyd edək ki, sənətçilər yaxın vaxtlarda "Sən" adlı bəstəni tamaşaçıların ixtiyarına verəcəklər.