Azərbaycan millisi Türkiyə yığmasını məğlub edib

11 Dekabr 2013 10:27 (UTC+04:00)

İstanbul şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, qarşılaşma 4:1 hesabı ilə millimizin xeyrinə başa çatıb. Türkiyə yığmasının qapısına qolları Elnur Qəmbərov, Felipe Ribeyro Dos Santos, Rəcəb Fərəczadə və Amadeu Fernandes Da Silva vurub.