Yer kürəsində həyatın ən erkən əlamətləri aşkar edilib

11 Dekabr 2013 07:24 (UTC+04:00)

Yaponiya və Danimarka tədqiqatçıları Qrenlandiyada həyatın ən erkən əlamətlərini aşkar etdiklərini bəyan ediblər. Alimlərin gümanına görə, onların izlərini aşkar etdikləri mikroorqanizmlərin yaşı 3 milyard 800 milyon ilə bərabərdir.

Dekabrın 8-də Yaponiyanın Tohoku və Danimarkanın Kopenhagen universitetlərinin alimləri "Nature Geoscience" jurnalının onlayn nömrəsində tədqiqatlarının nəticələrini yerləşdiriblər.

Tohoku universitetinin professoru Takesi Kakeqava ümid etdiyini bildirib ki, bu açıqlamalar dünya alimləri arasında mövzu ilə bağlı yeni debatlara təkan verəcək.