ADMİU-nun 90-illiyininə həsr olunmuş konfrans keçirilib FOTO

10 Dekabr 2013 14:13 (UTC+04:00)

Bu gün Mədəniyyət və İncəsənət Universitetində "Milli Mədəniyyətininkişafında ADMİU-nun prioritet mövqeyi" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransı giriş sözü ilə universitetin rektoru, professor Timuçin Əfəndiyev açaraq, möhtərəm prezident İlham Əliyevin universitetin 90-illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncamın böyük mədəni-tarixi əhəmiyyətini qeyd edib, bu sənədin ADMİU-nun gələcək fəaliyyəti üçün yeni istiqamət açdığını vurğulayıb.

Timuçin Əfəndiyev sonra ADMİU-nun yaranma tarixindən, keçdiyi inkişaf mərhələlərindən, burada işləmiş böyük alimlərin və dünya şöhrətli sənətkarların mədəbniyyətimizin inkişafındakı tarixi rolundan bəhs edib.

Plenar iclasda prorektor Rafiq Sadıqov "ADMİU-nun inkişaf tarixi" mövzusunda geniş, proqaram xarakterli məruzə edib. Sonra professorlar Aqşin Babayev, Məryəm Əlizadə və başqaları çıxış edərək, universitetin müasir qloballaşan dünyadakı beynəlxalq rolunu yüksək qiymətləndiriblər.

Nəzərinizə çatdıraq ki, konfransda "Nəzəri təhsil: intellekt və təcrübə", "Bədii təhsildə istedad meyarı", "Musuiqi təhsilində yaradıcılıq ənənələri və müasirlik", "Milli rəssamlığın estetik problemləri və tədris istuiqamətləri" kimi seksiyalar üzrə böyük elmi-mədəni əhəmiyyəti olan maraqlı məruzələr dinlənilmiş, geniş müzakirələr aparılıb.

Müzakirələrdə Azərbaycan bədii təhsilinin və milli mədəniyyətimizin dünyaya inteqrasiyası ilə bağlı problemlər gündəmə gətirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01.03.2013-cü il tarixli sərəncamı ilə bu il dekabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.