Suyun verilməsində fasilələr yaranacaq

10 Dekabr 2013 13:39 (UTC+04:00)

Bu gün Bakının bir neçə rayonuna içməli suyun verilişində fasilələr yaranacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Kür-Bakı su kəmərinin (1200 mm diametrli) Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar gün ərzində Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.