"Xocalı soyqırımı" faktının tanınması ilə bağlı proses davam edir

10 Dekabr 2013 10:56 (UTC+04:00)

"Bir çox ölkə Parlamentlərində "Xocalı soyqırımı" faktının tanınması ilə bağlı sənədlər qəbul olunub və hazırda da bu proses aktiv şəkildə davam edir". SİA-nın məlumatına görə bu sözləri İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bu gün insan haqları ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəziləri Xocalını soyqırımı kimi tanımasa da, Azərbaycan rəhbərliyinin ölkə suverenliyi və Xocalıda hüquqları pozulan insanların hüquqlarının bərpası istiqamətində gördüyü işlər öz bəhrəsini verir: "Görülən işlərin nəticəsidir ki, artıq bir sıra ölkələr Xocalını soyqırımı kimi qəbul edir və buna görə Ermənistanı qınayırlar. Hüquqları pozulmuş vətəndaşlarımızın haqlarının bərpası vacib məsələdir. Biz ölkə rəhbərliyinin apardığı güclü siyasət nəticəsində yenidən ərazi bütövlüyümüzü bərpa edəcəyimizə inanırıq".