Ukraynanın eks-prezidentləri ilə hazırkı prezident ölkədaxili vəziyyətlə bağlı görüş keçirəcəklər

10 Dekabr 2013 09:35 (UTC+04:00)
Ukrayna prezidenti Viktor Yanukoviç ölkənin birinci prezidenti Leonid Kravçukun ümummilli dəyirmi masa keçirilməsi təklifini qəbul edib. SİA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, görüşdə Leonid Kuçmanın və Viktor Yuşşenkonun da iştirak edəcəyi müəyyənləşdirilib.

Sözügedən görüş bu gün baş tutacaq.

Müxalifət isə görüş barədə heç bir fikir bildirməyib.

Rövşən NURƏDDİNOĞLU