“Neftçi” planlarını açıqladı

9 Dekabr 2013 16:20 (UTC+04:00)

Bakının "Neftçi" futbol komandası qış fasiləsi üçün planlarını açıqlayıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi Nazim Süleymanovun komandası 2014-cü il yanvarın 12-də Antalyaya yollanacaq.
"Neftçi" "Mardan" kompleksində toplanış keçəcək və komanda plan üzrə nəzərdə tutulmuş dörd yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqib qismində Ukrayna, Almaniya və Albaniyadan olan komandalar nəzərdə tutulub.
"Neftçi" toplanışla yanvarın 27-də yekun vuracaq.