"BMT insan hüquqlarının qorunmasında Azərbaycanla əməkdaşlıq etməyə hazırdır"

9 Dekabr 2013 12:21 (UTC+04:00)

"BMT insan hüquqlarının qorunmasının bütün istiqamətləri üzrə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır". SİA-nın məlumatına görə, bunu BMT-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Antonius Broek deyib.

Onun sözlərinə görə, insan haqları bəyannaməsinin qəbul edilməsindən uzun illər keçməsinə baxmayaraq, Azərbaycan da daxil olmaqla dünyanın digər ölkələrində insan haqları ilə bağlı problemlər qalmaqdadır: "Azərbaycanda da bu sahə üzrə monitorinq aparılıb. Azərbaycan tərəfi insan haqları ilə bağlı BMT-nin 158 tövsiyyə və təklifini nəzərə alıb. Azərbaycanda insan haqları ilə bağlı milli hesabat da hazırlanıb. Bu hesabata BMT-nin Cenevrədə keçirilən konfransında da baxılıb".

Diplomat onu da əlavə edib ki, BMT insan haqları, qadınlara qarşı zorakılığa, o cümlədən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasında digər təşkilarlar ölkənizlə əməkdaşlıq etməyə hazırdır".