Mais Səfərli: “Mitinq istəyi növbəti şou nümunəsidir”

9 Dekabr 2013 10:59 (UTC+04:00)

"Milli Şuranın 15 dekabrda keçirmək istədiyi mitinq yenə də gündəmdə qalmaq istəklərinin nəticəsidir. Daha bilmirlər ki, hansı işlərlə məşğul olsunlar". Bu fikirləri SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli Milli Şuranın 15 dekabrda keçirməyi planlaşdırdığı mitinqə münasibət bildirərkən söyləyib.

O, həmçinin bildirib ki, bu mitinqə heç bir zəruriyyət yoxdur: "Belə mitinqlərin, aksiyaların keçirilməsinə heç bir ehtiyac yoxdu. Onlar boş-boş işlərlə məşğul olurlar. Onsuzda cəmiyyətdə onlara qarşı inam, etibar yox idi, bu gün də yoxdur".

Cahid Süleymanov