Bakı sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub

9 Dekabr 2013 10:22 (UTC+04:00)

Dekabrın 5-i saat 22:35 radələrində G.Şıxlinski küçəsində naməlum şəxs Bakı şəhər sakini Səbuhi İmanova 3 bıçaq xəsarəti yetirib. SİA-ya verilən məlumata görə, Xətai RPİ Cinayət-Axtarış Şöbəsi və 35-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Babək Mənsurov tutulub.