Türkiyədə zəlzələ olub

9 Dekabr 2013 09:39 (UTC+04:00)

Türkiyənin Antalya körfəzində 5 bal gücündə zəlzələ baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələ zamanı dağıntı və xəsarət alan olmayıb.

Zəlzələ episentri Antalya körfəzi olmaqla yerin 88,6 kilometr dərinliyində baş verib.