Bu günün tarixi

9 Dekabr 2013 09:23 (UTC+04:00)

Miladi: 09 dekabr 2013
Hicri: 05 Səfər 1435

İlin 343-cü günü
İlin sonuna 22 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:35
Günəş – 07:51
Zöhr – 12:36
Əsr – 15:18
Məğrib – 17:29
İşa – 18:51

1048 — Şərq mütəfəkkiri Əl-Biruni vəfat edib.

1916 — Aktyor Kerk Duqlas dünyaya gəlib.

1917 — İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal edib.

1925 — Zaqafqaziya kommunist təşkilatlarının IV qurultayı başa çatıb.

1927 — Sovet şairi Mayakovski Bakıya gəlib.

1931 — İspaniyada İkinci Respublika yaradılıb

1941 — Çin, Yaponiya, Almaniya və İtaliya saziş imzalayıblar.

1950 — Harri Gold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib.

1953 — Aktyor Con Malkoviç dünyaya gəlib.

1961 — Tanzaniya müstəqillik qazanıb, Julius Nyrere prezident seçilib.

1963 — Azərbaycanlı rejissor Lətif Səfərov vəfat edib.

1973 — Azərbaycanın xalq artisti Lütfəli Abdullayev vəfat edib.

1978 — Aktyor Cess Metkalf dünyaya gəlib.

1985 — BMT-nin üzv ölkələri yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul ediblər.

1989 — AXC idarə heyəti buraxılıb, onun səlahiyyətlərini yerinə yetirən, radikallardan ibarət Müvəqqəti Təşkilat Qrupu yaradılıb və nəticədə radikallar daha da fəallaşıb.

1990 — Polşada prezident seçkilərində Lex Valesa qalib gəlib.

1992 — BMT Somalidə sülhməramlı əməliyyatlara başlayıb.

1992 — İngiltərə şahzadəsi Çarlz və Şahzadə Diana ayrıldıqlarını açıqlayıblar.

1996 — BMT İraq əhalisinə neft əvəzinə ərzaq vermək haqqında qətnamə qəbul edib.

1997 — Klod Monenin "Truvildə çimərlik" tablosu 8,6 mln ABŞ dollarına satılıb.

1998 — Rut Dreifuss İsveçrə Konfederasiyasının ilk xanım prezidenti seçilib.

1998 — Arxeoloqlar Cənubi Afrikada yaşı üç milyon ildən çox olan ilk (bütöv) insan skeletinin tapıldığını bildiriblər.

2003 — İraq Dövlət Şurası bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Səddam Hüseynin keçmiş rejimində yüksək vəzifə sahibləri olmuş şəxsləri araşdırmaq üçün xüsusi məhkəmə təşkil edib.

2004 — Kanada Konstitusiya məhkəməsi eyni cinsdən olan insanların evlənmələrinin konstitusiyaya zidd olmadığı qərarını verib.

2007 — Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilib.

2008 — Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi dəfn olunub.