“Whatsapp” çökür?

8 Dekabr 2013 13:25 (UTC+04:00)

Müəyyən zamanlarda "Whatsapp"da baş verən problemlər rəqiblərini sevindirsə də, bir neçə saat bundan öncə baş verən yenilənmə problemi proqram istifadəçilərini narahat edir. SİA-nın məlumatına görə, problemlə əlaqədar hələlik rəsmi açıqlama verilmir.

Problemlə bağlı "Whatsapp"ın rəsmi "Twitter" hesabından verilən açıqlamada isə bildirilir ki, "Sistem hazırda fasilələrlə işləyir. Problemlə bağlı işlər aparılır və yaxın zamanda aradan qaldırılacağına inanırıq".