Bakıda yanğın olub

8 Dekabr 2013 11:51 (UTC+04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus evin həyətində ümumi sahəsi 20 kv.m olan taxta konstruksiyadan ibarət hamamda baş verib.

Nəticədə hamamın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.