Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

8 Dekabr 2013 11:46 (UTC+04:00)

Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik enerjisi tminatının kəsilməsi səbəbindən 3-cü mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaradıblar.