Səbail rayonunda yol nəqliyyat hadisəsi baş verib FOTO

7 Dekabr 2013 14:13 (UTC+04:00)

Bu gün saat 13:30 radələrində Rəşid Behbudov və Üzeyr Hacibəyov küçələrinin kəşisməsində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın qəza yerində olan müxbirinin məlumatına görə, Lotos Şirkətlər Qrupuna aid olan 99 JD 147 dövlət nişanlı "DAF" markalı yanacaq daşıyan maşın "Hundai" markalı 90 DN 766 dövlət nişanlı avtomobilə dəyərək sol qapısını zədələyib. Qəza nəticəsində xəsarət alan olmayıb.

Qəza ilə bağlı SİA-ya açıqlama verən "Hundai" markalı avtomobilin sahibi Məmmədov Abdulsalam bildirib ki, qəzaya səbəb "DAF" markalı avtomobilin düzgün dönmə əməliyyatını yerinə yetirməməsidir.

Qeyd edək ki, qəza Üzeyr Hacıbəyov küçəsində böyük tıxaca səbəb olub.