"Arpeggione" kvartetinin konserti olacaq

7 Dekabr 2013 13:35 (UTC+04:00)

Bakıda "Arpeggione" kvartetinin konserti keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, 1988-ci ildə yaradılan Arpeggione kvartetinin adı Franz Şuberin şərəfinə seçilir.

Nəzərinizə çatdıraq ki, kvartet, 1989-cu ildə Evian Beynəlxalq müsabiqəsinin laureatı olur, eyni ildə Menuhin Fonduna daxil olur.
Yehudi Menuhin 1996-cı ildə Parisdə, Yelizey sarayında öz 80 yaşını qeyd etmək üçün məhz onları seçir. Gidon Kremer tərəfindən Lockenhaus festivalına dəvət olunan kvartet, sonradan bütün Avropada, ABŞ-da, Cənubi Amerikada, Suriyada, Libanda və s. kimi ölkələrdə müqavilələrə imza atır.

Klassik əsərlərdən başqa (Haydn, Mozart, Beethoven, Schubert, Schumann), Arpeggione Kvarteti bir çox yeniliklərə - Tolstoy və "Astromusik" in əsərləri əsasında "Kreutzer Sonata" ilə teatr, Parisdə Elmlər Şəhərciyinin Planetariumunun ulduzlu səması altında konsert kimi orijinal təcrübələrə də həvəslənir.

2006-cı ildən etibarən, 2 nəfər Gürcüstanlının da kvartetə qatılması ilə, Arpeggione öz repertuarına Tsintsadze, Kantcheli və Odzeli kimi bəstəkarların əsərlərini daxil edir.

Qeyd edək ki, konsert dekabrın 16-sı saat 19:00-da Bakı Musiqi Akademiyasında baş tutacaq. Giriş pulsuzdur.