Rauf Arifoğlu: “Natiq Ədilovu sosial şəbəkədə blok etmişəm”

7 Dekabr 2013 11:46 (UTC+04:00)

"Xədicə İsmayılovanın ümumiyyətlə hər hansı bir fikiri, eləcə də nə söylədiyi mənim üçün heç bir önəm kəsb etmir. "Azadlıq" qəzetinin yazarı Natiq Ədilovu isə tanımıram və buna görə də onu sosial şəbəkədə blok etmişəm". Bu barədə SİA-ya açıqlama verən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova və "Azadlıq" qəzetinin köşə yazarı Natiq Ədilovun sosial şəbəkələrdə ona qarşı etdikləri ardıcıl hücumlara münasibətini açıqlayarkən qeyd edib.

Rauf Arifoğlu bundan sonra nə Xədicə İsmayılovanı, nə də Natiq Ədilovu ciddi jurnalis kimi tanımayacağını da bildirib.

İntizarə MƏMMƏDOVA